четверг, 5 июля 2018 г.

"Dədə Qorqud kitabı"nın bu gün üçün əhəmiyyəti

"Kitabi-Dədə Qorqud" dastaninda  oğuzlar üçün yurd,
Vətən sevgisi, torpaq hər şeydən yüksək və əzizdir. Bu amilləri qoruyub saxlamaq üçün biz şagirdlərin üzərinə düşən vəzifə onları bütün dünyada tanıtmaq və bizdən sonrakı nəsillərə çatdırmaqdır.
Bunun üçün "Dədə qorqud kitabı"nın nəşrini çoxaltmaq lazımdır. Hələ Azərbaycanda elə evlər var ki, Dədə Qorqud onların qapısını açmayıb, onların kitab rəfində "Dədə Qorqud kitabı" yoxdur. Biz o zaman babalarımızın  türk əcdadlarımızın  əsil övladları  olmağa layiq olacayıq ki, "Dədə Qorqud kitabı" həm həqiqi, həm də məcazi mənada bütün azərbaycanlı və azərbaycandan kənarda yaşayan ailələrin evlərinin sakini olsun. Yəni: bu kitab hər evdə olsun, hər ailədə onu oxusunlar və hər ailə öz övladlarını onunla tərbiyə etsin,böyütsün.

"Kitabi-DədəQorqud" dastanını müasir dövrümüzdə yaşadaq

Biz qrup nümayəndələri ilə  birlikdə belə qərara gəldik ki, bunun
üçün "Azər.nəşrə" gedək. Azər.nəşrin redaktorundan 
"Kitabi-Dədə Qorqud"un  nəşrini çoxaltmağı xahiş etdik.Kitab nəşrininin çoxaldılmasında bizim də köməyimizdən istifadə etdilər.











Bundan sonra  məktəbimizdə yarış keçirdik.














Yarışda qalib gələn şagirdləri "Dədə Qorqud kitabı" ilə mükafatlandırdıq